Koronavirus barədə danışan həkim öldü

© © STR / AFPСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Uhan Mərkəzi Xəstəxanasının həkimi Li Venlyan ötən il dekabrın 30-da "WeChat"da həmkarları ilə yazışmada bildirib ki, "Huanan" dəniz məhsulları bazarında SARS-a yoluxma üzrə yeddi fakt təsdiqini tapıb

BAKI, 6 fevral — Sputnik. Çinin Uhan şəhərindən olan həkim, ilk dəfə koronavirusun yayılacağı barədə məlumat verən və yalan məlumat yaymaqda ittiham olunan adam özü koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Global Times" qəzeti yazıb.

Uhan Mərkəzi Xəstəxanasının həkimi Li Venlyan ötən il dekabrın 30-da "WeChat"da həmkarları ilə yazışmada bildirib ki, "Huanan" dəniz məhsulları bazarında SARS-a yoluxma üzrə yeddi fakt təsdiqini tapıb. O bilmirdi ki, yeni koronavirus başqa ştamma aiddir. Linin yazdığı məlumat Çinin müxtəlif sosial şəbəkələrində yayılmağa başlayıb. Çünki insanlar SARS-ın geri qayıtmasından çox qorxurdular.

​​​Sabahı gün Li və həmin məlumatı sosial şəbəkədə yayan daha yeddi həkim Uhan şəhərinin polis idarəsinə çağırılıb. Onlara xəbərdarlıq edərək bir daha "onlayn yalan bəyanatlar" verməmək tapşırılıb, çünki polisin fikrincə, bu məlumatlar ictimai asayişi poza bilər.

"Çinli həkim Li Venlyan cümə axşamı Uhanda koronavirusdan vəfat edib", - "Global Times" yazıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdunya Səhiyyə Təşkilatına Uhan şəhərində mənşəyi məlum olmayan sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər. Çində 28 mindən artıq insan bu virusa yoluxub, 563 nəfər isə ölüb.

Xəbər lenti
0