BAKI, 6 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım, Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Xatırladaq ki, Türkiyənin Van bölgəsində, Bağçasaray rayonunda qar uçqunu nəticəsində 39 nəfər həlak olub.