CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda keçmiş nazirliyin damını külək uçurdu, tıxac yarandı

© Sputnik / Murad OrujovАвтомобильное движение в Баку
Автомобильное движение в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb

BAKI, 6 fevral — Sputnik. Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.

Xəbər lenti
0