CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropoliteni məhkəmədə uddu - 500 manat təzminat ödəyəcəklər

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mustafayev Hüseyn Əziz oğlunun "Bakı Metropoliteni" QSC-dən yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istənilməsi və saytında yerləşdirdiyi həqiqətə uyğun olmayan yazının linkində "Təkzib" başlığı altında yerləşdirilməsinə qərar verilib

BAKI, 6 fevral — Sputnik. Sabunçu rayon Məhkəməsi "Bakı Metropoliteni" QSC-nin pressinfo.az, araz.az saytları ilə bağlı iddia ərizəsinə baxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məhkəmə "Bakı Metropoliteni" QSC barəsində həqiqətə uyğun olmayan məlumatların yayımına görə pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızının yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istəməsi və rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün materialları "Təkzib" başlığı altında yerləşdirməsinə qərar verib. Bundan başqa, araz.az saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlunun da "Bakı Metropoliteni" QSC-dən yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istənilməsi və saytında yerləşdirdiyi həqiqətə uyğun olmayan yazının linkində "Təkzib" başlığı altında yerləşdirilməsinə qərar verilib.

Eyni zamanda məhkəmənin qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni" QSC-nin xeyrinə ödənilməsi qət edilib.

Xəbər lenti
0