Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Dördüncü Sənaye İnqilabına hazırdırmı – ekspert şərh edir

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Azərbaycanın Dördüncü Sənaye İnqilabında lider ölkələr sırasında olması üçün kifayət qədər potensial var
Fuad İbrahimov: “Dördüncü Sənaye İnqilabı üçün əlverişli mühitimiz var”

“Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Dördüncü Sənaye İnqilabında elmi-texnoloji inkişaf nəticəsində istehsalatda insan faktorunun aradan qaldırması planlaşdırılır:

“Azərbaycanın Dördüncü Sənaye İnqilabında lider ölkələr sırasında olması üçün kifayət qədər potensial var. İnfrastrukturlarımızın avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması bizim bu sahədəki təcrübəmiz haqqında məlumat verir. Azərbaycan həm də kosmik ölkələr siyahısındadır. Düşünürəm ki, Dördüncü Sənaye İnqilabı üçün əlverişli mühitimiz var”.

Xəbər lenti
0