Ölkəmizdə artıq neçənci seçkilərdir ki, veb-kamera praktikasından istifadə olunur. Azərbaycanda seçki məntəqələrinin təxminən 20 faizində, yəni, 1000 məntəqədə veb-kamera quraşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“Veb-kameralar vasitəsilə seçkilərin gedişini izləmək çox sadə prosesdir. Bunun üçün heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla səsvermə günü 1000 məntəqədə səsvermənin gedişini izləyə bilər. Dünyanın hansı yerində olmasından asılı olmayaraq, istənilən şəxs Azərbaycanda keçiriləcək seçkiləri izləmək imkanına malikdir. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunmuş haldır. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsi üçün bütün şərait yaradılıb”, - deyə M.Pənahov bildirib.
Məzahir Pənahovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz