Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusla bağlı son rəqəmlər açıqlandı

© REUTERS / MANUEL SILVESTRIСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Çində 24363 yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir. Çində virusdan indiyədək 491 ölüm halı olub.

BAKI, 6 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla (2019-nCoV) bağlı bu günə olan rəqəmləri açıqlayıb.

Sputnik Azərbaycan-ın ÜST-ə istinadən xəbərinə görə, fevralın 5-nə olan məlumata görə, Belçikada ilk yeni koronavirus (2019-nCoV) kəskin respirator xəstəliyinə yoluxma halı qeydə alınıb. Dünya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı isə 24554 (3925 yeni) təşkil edib.

Son məlumata əsasən, Çində 24363 (3893 yeni) yoluxma halı olub. Onlardan 3219-i ağır dərəcəlidir (431 yeni). Çində virusdan indiyədək 491 ölüm halı (66 yeni) olub.

Çinin xaricində isə 24 ölkədə (1 yeni) 191 yoluxma halı (32 yeni), 1 ölüm qeydə alınıb.

ÜST Çində virusun risk qiymətləndirilməsini çox yüksək, regional və qlobal səviyyədə yüksək hesab edir.

Xəbər lenti
0