SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Türkiyənin qardaşlıq borcundan danışdı

© Sputnik / Murad OrujovTürkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 fevral - Sputnik. Türkiyə hər zaman Azərbaycanın haqqını qoruyur. Bu, bizim qardaşlıq borcumuzdur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçirilən növbədənkənar iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Çavuşoğlu vurğulayıb ki, qardaş Azərbaycanın haqqını hər zaman müdafiə edəcək: "Ötən gün cənab Prezident İlham Əliyev məni qəbul etdi və sonda sürpriz edərək mənə bu ordeni təqdim etdi. Azərbaycan Prezidenti tərəfindən mükafatlandırılmaq olduqca şərəflidir. Mən siyasətdə olduğum müddətdə və ondan sonra da Azərbaycanın mövqeyini müdafiə etməyə davam edəcəyəm. Azərbaycan Türkiyənin olmadığı yerdə onun maraqlarını qoruyub, Türkiyə də Azərbaycanın. Biz hər zaman bir-birimizin hüquqlarını qoruyacağıq. Biz bir millət, iki dövlətik" .

 

Xəbər lenti
0