Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Musiqi fondunun həsəd aparacağı val kolleksiyasına sahib olan lənkəranlı

Abunə olmaq
Təsəvvür edin ki, Lənkəranın Cil kəndi sakininin ən dəyərli mülkü onun 30 ildir topladığı val kolleksiyasıdır. Onun toplusunda o qədər nadir incilər var ki, hətta musiqi fondu belə ona həsəd apara bilər. Daha ətraflı – videomuzda.

Adətən musiqi dinləmək istəyiriksə, əlimizi cibimizə atıb telefonu axtarırıq. Musiqi artıq çoxdandır “şəxsiləşib”, yalnız qulaqcıqlarla məhdudlaşdırılıb. Amma Lənkəranın Cil kəndinin sakini Əli Ələkbərov üçün hər şey tamamilə fərqlidir. O, musiqiyə yalnız vallarda qrammofonda qulaq asmağı üstün tutur.

Böyük şəhərlərin kiçik sakinləri: Bakının küçə musiqiçiləri niyə gizlənirlər - Sputnik Azərbaycan
VİDEO
Böyük şəhərlərin kiçik sakinləri: Bakının küçə musiqiçiləri niyə gizlənirlər

Onun 30 ildir yığdığı kolleksiyasına, demək olar, bütün tanınmış azərbaycanlı bəstəkar və ifaçıların 1200-ə yaxın valı toplanıb. İlk valını hələ məktəbdəykən həmkəndlisindən alan Əli o gündən sonra musiqi aşiqinə çevrilib və hətta peşə seçimində belə, mədəniyyət sahəsinə üz tutub.

“Ən sevdiyiniz val hansıdır?” sualına cavab tapmaq onun üçün ən çətin məsələlərdən biridir, belə ki, onun üçün hər biri əzizdir, hər birinin öz yeri var. Valların qulluğuna və saxlanmasına o qədər diqqətlə yanaşır ki, bu işi özündən başqa heç kimə həvalə edə bilmir.

Onun bu cür musiqi aşiqi olmasının fərqində olanlar isə Azərbaycanın müxtəlif regionlarından gəlib, ona öz vallarını hədiyyə edirlər. Biz isə bircə dəfə də olsun yenidən qrammofonda musiqiyə qulaq asmağın nə qədər fərqli və unikal bir hiss olduğunu bir daha anlamış olduq.

Xəbər lenti
0