Nazirlərin maaşını orta aylıq əmək haqqına bərabər edəcəklər

© AP Photo / Cliff OwenЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"200-400%-lik mükafatları da dayandırmaq lazımdır, maksimal mükafat bir əməkhaqqı məbləğindən artıq olmamalıdır" - Aleksey Qonçaruk

BAKI, 5 fevral — Sputnik. Ukraynanın Baş Naziri Aleksey Qonçaruk bəyan edib ki, nazirlərin və onların müavinlərinin maaşları ölkədəki orta aylıq əməkhaqlarına bərabər tutulacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Biz razılaşdıq ki, nazirin, nazirin müavininin, digər yüksəkvəzifəli məmurların maaşı ölkədəki orta əməkhaqları ilə eyni olsun. Nazirlərlə müavinlərinin maaşları orta əməkhaqqının 3-5 misli həddindədir. 200-400%-lik mükafatları da dayandırmaq lazımdır, maksimal mükafat bir əməkhaqqı məbləğindən artıq olmamalıdır", - Qonçaruk bildirib. 

O qeyd edib ki, Nazirlər Kabinetinin bütün rəhbərliyinin maaşı hər ay dərc edilərək ictimaiyyətə açıqlanacaq.

Ukrayna Prezidenti Vladimir Zelenski bu qərarı dəstəkləyib.

"Mənə elə gəlir ki, sizin maaşları orta aylıq əmək haqlarına bərabər tutmağınız ədalətlidir, əgər əməkhaqqı qalxarsa, hamı üçün qalxacaq, enərsə, məmurların da maaşı müvafiq olaraq azalacaq", - Prezident deyib.

Xəbər lenti
0