CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik işçi axtarır

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidОфис компании Mail.ru
Офис компании Mail.ru - Sputnik Azərbaycan
Abunə olmaq
Arzu edənlər Nazirliyin internet səhifəsindən və ya "Elektron hökumət" portalından “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər

BAKI, 5 fevral — Sputnik. Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə davam edir.

Ədliyyə Nazirliyinin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə ərizələrin qəbulu davam edir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən və Nazirliyin göstərilən yerli ədliyyə sahələrində işləmək istəyən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Arzu edənlər Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti
0