SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məhərrəm Zülfüqarlı: “Bəzi DSK-ların işi yenidən qurulmalıdır”

© © REPORTAVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı
AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı - Sputnik Azərbaycan
Abunə olmaq
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, budəfəki seçkilərdə çox sayda namizəd sosial şəbəkələr üzərində təbliğat-təşviqat işlərini aparır
Məhərrəm Zülfüqarlı: “Sosial şəbəkələr seçki mühitinə dəstək verir”

“Parlament seçkiləri müddətində MSK işini düzgün qursa da, bəzi dairə seçki komissiyalarının fəaliyyəti qənaətbəxş deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Milli Məclisə növbədənkənar seçkilərlə bağlı aralıq hesabatının təqdimatında AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Məhərrəm Zülfüqarlı bildirib ki, bəzi DSK-ların işi yenidən qurulmalıdır: “Budəfəki seçkilərdə çox sayda namizəd sosial şəbəkələr üzərində təbliğat-təşviqat işlərini aparır. Bunun da əsas səbəbi özəl telekanallarda pullu efir vaxtının baha olmasıdır. Ölkəmizdə sosial şəbəkələrdən geniş istifadə olunması seçki mühitinin normal olmasına dəstək verir. Seçki ərəfəsi mühit bir daha göstərir ki, regionlarda maarifçilik işinin daha da genişləndirilməsinə ehtiyac var”.

Məhərrəm Zülfüqarlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0