Çində yüzlərlə heyvan acından ölə bilər

© REUTERS / THOMAS PETERСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Belə ki, kuryerlərdən birinin sözlərinə görə, çatdırılma xidmətinə sifarişlər zamanı çox zaman pişik yeməkləri sifariş edilir

BAKI, 5 fevral — Sputnik. Çinin Uhan şəhərində sakinlərin öz evlərində tək qoyduqları heyvanlar acından ölə bilər.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Dəhşətli virus can almaqda davam edir – ölənlərin sayı 250-ni keçdi

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yeni ildə öz evlərini tərk edən sakinlər Uhana girişin bu qədər bağlı olacağını heç ağıllarına da gətirməyiblər.

Yerli rəhbərlikdən verilən məlumata görə, şəhərin 11 milyon sakinindən 5 milyonu öz evini tərk edib. Hesablamalara görə, Uhanda 800 minə yaxın ev heyvanı var. Şəhərdə qalan insanlar heyvanlara kömək etməyə çalışırlar. Belə ki, kuryerlərdən birinin sözlərinə görə, çatdırılma xidmətinə sifarişlər zamanı çox zaman pişik yeməkləri sifariş edilir.

Heyvanların müdafiəsi assosiasiyasından verilən məlumata görə, sakinlər qapıların qırılmasına görə çilingərlərə haqq ödənilməsi üçün rəsmi sənəd doldururlar.

Xatırladaq ki, Çinin Uhan şəhərində yeni infeksiya ötən ilin dekabrın sonlarında qeydə alınıb. Bu ilin yanvar ayının 30-da Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səviyyədə yayılmış xəstəliklə bağlı fövqəladə vəziyyət elan edib.

Hazırda Çində koronavirusdan 493 nəfər dünyasını dəyişib. 24324 nəfərin xəstəliyə yoluxduğu deyilir.

Xəbər lenti
0