SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Bakıya gəlir

© AP Photo / Francisco SecoTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini qatılacaq

BAKI, 5 fevral — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gələcək.

M. Çavuşoğlu sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Qeyd edək ki, iclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini qatılacaq.

Xəbər lenti
0