BAKI, 5 fevral — Sputnik. Bakıda faciə ilə nəticələnən hadisə baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, olay paytaxtın Nizami rayonunda yaşanıb.
Valideynlərinin diqqətindən yayınan 2017-ci il təvəllüdlü Mehdi Sərdarlı çoxmərtəbəli evin altıncı mərtəbəsində mətbəx otağının pəncərəsindən yıxılaraq vəfat edib.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başladılıb, istintaq davam etdirilir.