Xamneyi: "O sənəd Trampdan öncə öləcək"

© Office of the Iranian Supreme Leader via APДуховный лидер Ирана аятолла Али Хаменеи, фото из архива
Духовный лидер Ирана аятолла Али Хаменеи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstini bölməklə bağlı plana sosial mediada açıqlamalar verən İranın dini lideri Ayətullah Xamneyi sərt ifadələr işlədib.

BAKI, 5 fevral — Sputnik. İranın "dini lider"i Əli Xamneyi ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üçün irəli sürdüyü "Əsrin razılaşması" layihəsini tənqid edib.

Мужчина прикрепляет национальный флаг Палестины на железный забор, установленный израильскими силами безопасности между палестинской деревней Бейт-Джала и Иерусалимом, 30 марта 2017 года  - Sputnik Azərbaycan
"Fələstin satılmır! “Əsrin razılaşması"na min dəfə yox deyirik – Mahmud Abbas

Sputnik Azərbaycan xəbər verir ki, dini lider "sözügedən layihə Tramp ölməmişdən öncə öləcək" deyə bildirib. Fələstini bölməklə bağlı plana sosial mediada açıqlamalar verən İranın dini lideri Ayətullah Xamneyi sərt ifadələr işlədib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp "Əsrin razılaşması" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşıb. Xəritəyə əsasən Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Ona Misirlə sərhəddəki iki iri rayon birləşdiriləcək. Trampın təklif etdiyi xəritədə Suriyanın Qolan təpələri də İsrail ərazisi kimi göstərilir.

Müqaviləyə əsasən, Qüds İsrailin bölünməz paytaxtı elan edilir.

Xəbər lenti
0