CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanı dəstəkləyir - Səfir

© AFP 2023 / RAJESH JANTILAL Флаг Пакистана, фото из архива
Флаг Пакистана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Coğrafi uzaqlığa baxmayaraq hər iki ölkə arasında münasibətlər inkişaf edir və Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyirlər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 fevral - Sputnik. Pakistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanı dəstəkləyir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.

"Hər iki ölkə rəhbərliyi müxtəlif beynəlxalq tədbirlər zamanı görüşlər keçirirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri İmran Xan arasında son görüş Davosda baş tutub. Görüş zamanı tərəflər bir sıra ikitərəfli məsələləri müzakirə ediblər. Azərbaycan Prezidenti İmran Xanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə məlumatlandırıb. Pakistan Baş naziri isə öz növbəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha xatırladıb. Coğrafi uzaqlığa baxmayaraq hər iki ölkə arasında münasibətlər inkişaf edir və Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyirlər", - deyə səfir qeyd edib.

Xəbər lenti
0