Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 5 fevral – Sputnik. 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
İclasda qeyd olunub ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar verilib.
Xatırladaq ki, Rəşad Camalov Azərbaycanın sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.