SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN “Əsrin müqaviləsi”nə münasibət bildirdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub

BAKI, 4 fevral — Sputnik. Fevralın 3-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.

Мужчина прикрепляет национальный флаг Палестины на железный забор, установленный израильскими силами безопасности между палестинской деревней Бейт-Джала и Иерусалимом, 30 марта 2017 года  - Sputnik Azərbaycan
"Fələstin satılmır! “Əsrin razılaşması"na min dəfə yox deyirik – Mahmud Abbas

Xarici İşlər Nazirliyindən (XİN) Sputnik Azərbaycan-a verilən məlumata görə, iclas İsrail-Fələstin məsələsinə dair ABŞ Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

R. Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini çıxış edərək Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Azərbaycanın bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

Xəbər lenti
0