CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvar pis gəldi - Qidadan zəhərlənənlərin sayı açıqlandı

© Sputnik / Varvara Gerte / Mediabanka keçidКапельница, фото из архива
Капельница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tap

BAKI, 4 fevral — Sputnik. 2020-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 1985 müraciət daxil olub.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Xəbər lenti
0