Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Polad Bülbüloğluna: "Rusiyada sizin yaradıcılığınızı səmimi olaraq sevirlər"

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин (слева) и посол Азербайджана в РФ Полад Бюль-Бюль оглы
Президент России Владимир Путин (слева) и посол Азербайджана в РФ Полад Бюль-Бюль оглы - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin, Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib

BAKI, 4 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin, Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib. Rusiya prezidentinin rəsmi saytında dərc edilən təbrik məktubunda deyilir:

İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Polad Bülbüloğlu ordenlə təltif edildi

"Əziz Polad Bülbüloğlu, 75 illik yubileyiniz münasibətilə ən isti təbriklərimi qəbul edin. Siz uzun illərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, səmərəli əməkdaşlığın inkişafına çox mühüm töhfələr verirsiniz. Əlbəttə ki, bir bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir, sizin ruhu qidalandıran yaradıcılığınızı səmimi olaraq sevirlər. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram!"

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda Azərbaycan opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) ailəsində anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kinofilmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Polad Bülbüloğlunun mahnısı "Yeni dalğa"da gənc azərbaycanlıya uğur gətirib

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. O, Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Polad Bülbüloğlu Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-indiyədək), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982),Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.

Xəbər lenti
0