Hökumət avtomobil hissələri gətirənlər üçün güzəştə imza atdı - Qərar hamıya aid deyil

© AFP 2024 / STRПроизводство автомобилей, фото из архива
Производство автомобилей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasına sənaye yığımı üçün gətirilən minik avtomobilləri gömrük rüsumundan azad edilib.

BAKI, 4 fevral - Sputnik. Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb.

Dəyişiklik Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobil hissələrinin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. 

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.

Xəbər lenti
0