BAKI, 4 fevral — Sputnik. "TCL Communication" şirkəti "Blackberry" brendinin bağlandığını, daha belə markalı telefon istehsal olunmayacağını bildirib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə "BlackBerry Mobile"ın sosial şəbəkə hesabında məlumat yayılıb.
Şirkət bildirib ki, bu il avqustun 31-dək smartfon satışları dayandırılacaq. Bu tarixə qədər satılacaq qadcetlərə şirkət iki il - 2020-ci il avqustun 31-dək dəstək verəcəyini bildirib. Zəmanət xidməti də elə bir o qədər davam edəcək.
"Daha "TCL Communication"in istənilən yeni növ "BlackBerry" mobil qurğularını hazırlamaq, istehsal etmək və ya satmaq hüququ yoxdur", - məlumatda deyilir.
— BlackBerry Mobile (@BBMobile) February 3, 2020
Şirkətin nümayəndələri brendin istifadəçilərinə və partnyorlarına təşəkkür ediblər. Onlar ümid etdiklərini bildiriblər ki, "TCL Communication" və "BlackBerry Limited"i parlaq gələcək gözləyir.
Son illər ucuz sensorlu qurğuların peyda olması ilə QWERTY klaviatura ilə təchiz olunmuş "BlackBerry" smartfonlarının satışı xeyli azalıb.
2016-cı ildən "BlackBerry" qurğuların istehsalı və satışı hüququna malik "TCL Communications" şirkətinə məxsus idi. Bundan əvvəl "BlackBerry" şirkəti proqram təminatına yönəlməyə qərar vermişdi.