Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş infeksionist insanlar arasında yayılan xəstəlikdən danışdı

© Sputnik / Evgeniy Epanchintsev / Mediabanka keçidЛюди в медицинских масках, фото из архива
Люди в медицинских масках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yayılan virus koronavirus deyil. Hələlik bizdə belə bir virus yoxdur. Bu sadəcə olaraq mövsümi və respirator virus infeksiyasıdır" - Cəlal isayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Bu gün bütün dünya koronavirus xəbəri ilə silkələnir. Hökumətlər yeni virusun ölkəyə daxil olmasının qarşını almaq üçün fövqəladə tədbirlər görürlər.

Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
CƏMİYYƏT
Naxçıvan da hazırlığa başladı - Virus təhlükəsi hamını hərəkətə gətirib

Azərbaycanda da yeni növ koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ciddi tədbirlər görülür. Xoşbəxtlikdən, hələlik virusun Azərbaycanda yayılması ilə bağlı heç bir məlumat yoxdur.

Lakin ətrafda hansısa başqa virus yayılıb və xəstəlik tüğyan edir. Bunu hər gün işdə, məktəbdə, ictimai nəqliyyatda rastlaşdığımız insanların zahiri görünüşündən də görmək olar. Sual yaranır: koronavirus deyilsə, o zaman insanlar arasında yayılan bu virus nədir?

Baş infeksionist Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Adətən kollektivdə olan bir xəstə adam başqalarının da xəstələnməsinə səbəb olur. Bu şəxslər ya evdə, ya da xəstəxana şəraitində müalicə olunmalıdırlar. Biz bunu dəfələrlə demişik. Amma buna baxmayaraq, hamı xəstə vəziyyətdə işə çıxır, dərsə, bağçaya gedir".

"Yayılan virus koronavirus deyil. Hələlik bizdə belə bir virus yoxdur. Bu sadəcə olaraq mövsümi və respirator virus infeksiyasıdır", - deyə o əlavə edib.

C.İsayev xəstələnmə hallarının azaldığını deyir: "Ötən ilin cari dövrü ilə müqayisədə bu il xəstələnmə hallarına daha az təsadüf olunur".

Xəbər lenti
0