BAKI, 4 fevral — Sputnik. Bu gün bir neçə qəsəbədə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Sputnik Azərbaycan Azərsu ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda magistral su kəmərində təmir-bərpa işləri aparılır.
Bununla əlaqədar gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.