BAKI, 4 fevral — Sputnik. Türkiyə əhalisinin sayı 1 151 115 nəfər artaraq 2019-cu il dekabr ayının 31-i vəziyyətinə 83 154 997 nəfərə çatıb.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, əhalinin 50,2 faizini (41 milyon 721 min 136) kişilər, 49,8 faizini (41 milyon 433 min 861) isə qadınlar təşkil edir.