Min səkkiz yüz qram çəkidə doğulan zərdablı qız Maksim Qalkini şoka saldı

© © Courtesy of Fariz GasimovЮная азербайджанка Амина Гасымова на Детском телевизионном шоу талантов "Лучше всех" на Первом канале
Юная азербайджанка Амина Гасымова на Детском телевизионном шоу талантов Лучше всех на Первом канале - Sputnik Azərbaycan
Abunə olmaq
Balaca müğənni Əminə Qasımova yaşının az olmasına baxmayaraq, Rusiyada böyük uğurlar qazanıb və beynəlxalq musiqi festivalında iştirak etmək niyyətindədir.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Moskvada yaşayan gənc azərbaycanlı Əminə Qasımova bu günlərdə Rusiyanın Birinci kanalında yayımlanan "Luçşe vsex" uşaq istedad şousundakı çıxışı ilə məşhur aparıcı Maksim Qalkini şoka salıb. Əminənin Rusiyadakı uğuru ilə bağlı qızın atası Fariz Qasımov Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

- Əminənin istedad şousunda iştirakına qədər heç kəs Rusiyada belə istedadlı azərbaycanlının yaşadığının fərqinə belə varmamışdı. Bizə onun haqqında danışarsız?

- Əminə 2 noyabr 2010-cu ildə Moskvada, vaxtından əvvəl anadan olub. O, 1800 qram çəki ilə doğulub. Doğulduğu gündən öz həyatı uğrunda mübarizə aparıb. O, uşaqlıqdan birinci və ən yaxşı olmaq istəyib, hətta böyük bacısına belə üstün gələrək lider olduğunu göstərdi.

© © Courtesy of Fariz GasimovƏminə Qasımova Rusiyanın Birinci kanalında yayımlanan "Luçşe vsex" uşaq istedad şousunda
Min səkkiz yüz qram çəkidə doğulan zərdablı qız Maksim Qalkini şoka saldı - Sputnik Azərbaycan
Əminə Qasımova Rusiyanın Birinci kanalında yayımlanan "Luçşe vsex" uşaq istedad şousunda

Onun gözləri mənim gözümə çox oxşayır. Mən özüm Zərdab rayonunun Məlikli kəndindənəm. 1989 -cu ildə Moskvaya təhsil dalınca gəlmişəm və həyat yoldaşım Olqa Ustinova ilə 22 ildir birlikdəyəm. Hazırda Troitsk şəhərində yaşayırıq. Əminə isə liseyin 3-cü sinfində oxuyur, əlaçıdır.

- Bakıda nə vaxtsa olmusuz?

- Bəli, Bakıda dəfələrlə olmuşuq. Bakı sadəcə valehedici şəhərdir, gözümüzün qarşısında dəyişir. Bakı Qafqazda Avropanın bir parçasıdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Амина Гасымова (@aminagasymova2010)

- Əminənin musiqiyə sevgisi nə vaxt yaranıb? Hər şey nədən başlayıb?

- Əminənin musiqi duyumu var. O, musiqini öyrənməyə dərnəkdə başlayıb və sonra mahnı oxumağa başladı. Müxtəlif musiqiləri ifa edir, öz köklərini də unutmur, eyni zamanda Azərbaycan musiqisini də ifa edir.

Beş yaşından başlayaraq müxtəlif müsabiqələrdə iştirak edir. Onun artıq müxtəlif layihələrdən 45 kuboku var. Düşünürəm ki, burada həyat yoldaşımın da rolu var, çünki o, skripkaçı və altistdir. Amma əlbəttə ki, Qafqaz kökləri də öz sözünü deyir. Hazırda Əminə Troitskdə musiqi məktəbinin xor sinfinə gedir. Onun müəllimi Krijalova Larisa Yevgenyevnadır. Həmçinin Astafurov Yevgeni Yuryeviç də ona improvizə etməyi, musiqi texnikası və zövqünü öyrədir.

- Necə oldu ki, sizin qızınız "Luçşe vsex" layihəsində iştirak etmək qərarına gəldi?

- Əminənin Maksim Qalkinin "Luçşe vsex" istedad şousunda iştirak etmək arzusu var idi. Biz Birinci kanalın saytı vasitəsilə ərizə verdik və iki gün sonra bizi Ostankinoya kastinqlərə çağırdılar. Yarım ildən sonra Əminəni yenidən çağırdılar və nəhayət, iki ay da gözlədikdən sonra bizi verlişin çəkilişlərinə dəvət etdilər. Beləliklə Əminənin arzusu yerinə yetdi.

- Qalkin Əminənin çıxışını necə qiymətləndirdi?

- Maksim Qalkin çox gözəl aparıcıdır. O, uşaqlarla xoş və komik söhbət qurmağı bacarır. İştirakçıların çıxış etməsi üçün lazım olan bütün kostyumlar, musiqiçilər, dekorasiyalar tamamilə pulsuz verilir. Bizim bütün qohum və dostlarımız Əminənin çıxışına görə şad olublar.

© © Courtesy of Fariz GasimovƏminə Qasımovanın ailəsi
Min səkkiz yüz qram çəkidə doğulan zərdablı qız Maksim Qalkini şoka saldı - Sputnik Azərbaycan
Əminə Qasımovanın ailəsi

- Buna qədər o, daha hansı layihələrdə iştirak edib?

- O, "Karol karaoke" teleşousunda iştirak edib. Həmin şouda iştirakçılardan təkcə vokal bacarıqlarını deyil, artistlik qabiliyyətini də göstərmək tələb olunur. Əminə həmçinin Rusiyanın STS, MTV telekanallarının layihələrində, uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş "Semya Svetoforovıx" serialının çəkilişlərində iştirak edib.

- Eşitdiyimizə görə, Əminə özü də musiqi bəstələyir...

- Bəli, o, mahnların sözlərini və musiqisini özü yazır. Bu işdə ona bəstəkar Mixail Krestov kömək edir. Bu günlərdə o, yeni "Samokat" mahnısını yazıb.

- Əminə musiqidən başqa nə işlə məşğul olur, gələcəkdə kim olmaq istəyir?

- O, yaxşı rəqs edir, plastilindən müxtəlif fiqurlar düzəltməyi, məsələ həll etməyi, oxumağı və müxtəlif musiqilərə qulaq asmağı xoşlayır. Qızım həmişə deyir ki, əgər müğənni olmasa, gələcəkdə alimliyi və yaxud heykəltaraşlıq sənətini seçəcək.

Əminənin yeni məqsədlərindən biri də Azərbaycanda yaşayan nənəsi Xədicə və babası Əzizin xatirinə Bakıda "Jara" beynəlxalq musiqi festivalında çıxış etməkdir. Bizim bütün qohum və dostlar həmişə qızımızın nailiyyətlərinə sevinirlər.

Xəbər lenti
0