Azərbaycanın bəzi bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb

© pixabay / iamrajatagЛампочка, фото из архива
Лампочка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb" - "Azərişıq" ASC

BAKI, 4 fevral — Sputnik. Güclü külək ölkənin cənub bölgəsində fəsadlar törədib və enerji təsərrüfatına ciddi ziyan vurub. Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a məlumat verilib. Bildirilib ki, Şimal bölgəsində güclü küləyin olması ilə əlaqədar Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusilə Qobu, Güzdək və Şankar ərazilərində yaranan güclü külək bu regionlardakı infrastruktura zərər vurub.

"Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək", - deyə verilən məlumatda bildirilib.

Xəbər lenti
0