CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığınacaqdakı uşaqlar siyahıya alınırlar

© AFP 2023 / Jure MAKOVECSığınacaq
Sığınacaq - Sputnik Azərbaycan
Abunə olmaq
"Övladlığa verilmə üçün siyahılaşdırılmış uşaqların sayı 9-10 arasındadır. Onlar arasında zorakılığa məruz qalmış, valideyni olmayan, dilənən uşaqlar var"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Azərbaycanda uşaq sığınacaqlarında olan uşaqlar siyahıya alınır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, siyahıyaalınma zamanı övladlığa verilməsi mümkün olan uşaqların ayrıca uçotu aparılıb: "Bizim sığınacaqda 35 uşaq var. Övladlığa verilmə üçün siyahılaşdırılmış uşaqların sayı 9-10 arasındadır. Onlar arasında zorakılığa məruz qalmış, valideyni olmayan, dilənən uşaqlar var".

K.Ağazadə bildirib ki, sığınacaqda olan uşaqların övladlığa verilməsi çox yaxşı təşəbbüsdür: "Bəzən övladlığa uşaq götürmək istəyində olanlar bunun üçün mənə müraciət edirlər. Amma mən onlara məlumat verirəm ki, uşaqların övladlığa verilməsi ilə bağlı səlahiyyət indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və nazirliyin tərkibindəki DOST Agentliyinə aiddir. Bunun üçün yeni alt sistem hazırlanıb".

Xəbər lenti
0