CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda itkin düşən uşaqla bağlı məlumat yayıldı - meyiti tapılıb

© Sputnik / Anar MustafaevАзербайджан, фото из архива
Азербайджан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prokurorluq və polis əməkdaşları hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçiriblər

BAKI, 3 fevral — Sputnik. Fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda, fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında meyiti tapılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumata görə, prokurorluq və polis əməkdaşları hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçiriblər. İlkin məlumata görə, Əmrahın ölümünə səbəb elektrik cərəyanı vurması olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0