CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leonid Slutski Azərbaycana təşəkkür edib

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidПредседатель комитета Государственной Думы РФ по международным делам Леонид Слуцкий на пресс-конференции в мультимедийном пресс-центре МИА "Россия сегодня
Председатель комитета Государственной Думы РФ по международным делам Леонид Слуцкий на пресс-конференции в мультимедийном пресс-центре МИА Россия сегодня - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin sədri Leonid Slutski son illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin hücumlara məruz qaldığını deyib.

BAKI, 3 fevral — Sputnik, Mariya Naumenko. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) verdiyi dəstək Rusiya üçün çox vacib idi.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin sədri Leonid Slutski "Rossiya seqodnya" BİA-da keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Dostlarımız, onların iştirakı, dəstəyi, birgə işimiz bizim üçün çox vacibdir. Azərbaycan nümayəndə heyətinə bir daha təşəkkür edirəm", - deyə Slutski Azərbaycanın AŞPA-da Rusiya ilə həmrəylik nümayiş etdirməsi ilə bağlı verilən sualı cavablandırarkən deyib.

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidRusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında iştirakına həsr edilmiş mətbuat konfransı
Leonid Slutski Azərbaycana təşəkkür edib - Sputnik Azərbaycan
Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının iclasında iştirakına həsr edilmiş mətbuat konfransı

Parlamentari qeyd edib ki, bu gün təkcə Rusiyanın ən yaxın qonşuları arasında deyil, "bir çox digər nümayəndə heyətlərində: serb, türk, italyan, fransız, alman və avstriyalılar arasında da Rusiya həqiqətlərini yaxşı başa düşən insanlar var".

Rusiyalı deputatın sözlərinə görə, "son illərdə Azərbaycan nümayəndə heyəti Parlament Assambleyasında çox ciddi hücumlara məruz qalıb".

"Azərbaycan, demək olar ki, bütün Assambleyanı korrupsiyaya uğratmağa cəhddə ittiham olunurdu. Bununla belə, təcrübəli siyasətçi Səməd Seyidovun başçılıq etdiyi, o qədər də böyük olmayan, lakin peşəkar Azərbaycan nümayəndə heyəti etimad böhranını dəf edə bildi. Parlament Assambleyası - Azərbaycan üçün də, bizim üçün də nə qədər əlverişsiz nə olursa-olsun - bu platformadan xarici siyasət xəttimizi Avropada tanıtmaq və əlbəttə ki, tamamilə əsassız ittihamları, ikili standartları aradan qaldırmaq üçün istifadə etməliyik", - deyə Slutski bəyan edib.

Yanvarın 27-dən 31-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti tam heyətlə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının yolverilməz olduğu barədə Rusiya bəyannaməsini dəstəkləyib. Eyni zamanda bu sənədi dəstəkləyənlər arasında Latviya, Litva, Estoniya, Ukrayna və Polşanın bir nəfər də olsun nümayəndəsi olmayıb.

Xəbər lenti
0