BAKI, 3 fevral — Sputnik. Ukraynanın paytaxtı Kiyevin mərkəzində bir kişi güllələnib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, məlumatı Kiyev polisi sosial şəbəkədəki səhifəsində paylaşıb.
"Növbətçi hissəyə Saqsaqanski küçəsində naməlum şəxsin bir kişiyə bir neçə dəfə atəş açaraq gizləndiyi barədə məlumat daxil olub. Həmin adamın axtarışlarına bütün bölmələr cəlb olunub, xüsusi polis əməliyyatı keçirilir", - məlumatda deyilir.
Polislər ölənin 1977-ci il təvəllüdlü Kiyev sakini olduğunu təsbit ediblər.
"Громадське ТВ"nin (İctimai TV) saytı isə bildirib ki, onların məlumatına görə, öldürülən şəxs plastik cərrah Andrey Sotnikdir.