CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc ana doğuşdan sonra öldü

© AFP 2023 / WANG ZHAOБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb

BAKI, 3 fevral — Sputnik. Lənkəran rayonunda 24 yaşlı ana doğuşdan sonra ölüb.

Sputnik Azərbaycan “Report”a istinadən bildirir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva 38-39 həftəlik hamilə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzinə daxil olub.

Doğuşa hazırlıq prosedurundan sonra bu gün səhər saatlarında G.Babayeva qeysəriyyə yolu ilə dünyaya uşaq gətirib. Əməliyyatdan sonra qadında qanaxma başlayıb. Zərurət səbəbindən xəstə yenidən əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, G.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən il də G.Babayeva qeysəriyyə yolu ilə övlad dünyaya gətirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölümün əsas səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Xəbər lenti
0