Zülfiyyə Quluyeva, Sputnik Azərbayacan
BAKI, 3 fevral — Sputnik. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"ndən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yanvarın 30-da saat 21:45-də daxil olub. Xəstə fevralın 3-də saat 07:30-da ölüb.
Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda dünən də ölüm hadisəsi baş verib. Bu, yanvarın 15-dən indiyədək institutda qeydə alınan doqquzuncu ölüm hadisəsidir.