BAKI, 3 fevral — Sputnik. Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. Sputnik Türkiyə bu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralı hərbçilərdən birinin vəziyyəti ağırdır.
Yayılan məlumatda qeyd olunur ki, türk hərbçiləri İdlibdə döyüşlərin qarşısını almaq bu bölgəyə göndərilib: "Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən şiddətli top atəşinə tutulublar. Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Vəziyyət nəzarət altındadır və lazımı tədbirlər görülüb".