Hazırda Azərbaycanda 83 əcnəbi dövlət tərəfindən verilmiş qaçqın statusu əsasında yaşayır. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə müsahibəsində deyib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycana gələn miqrantlar müxtəlif səbəblərə görə daimi yaşadıqları yeri tərk etməyə məcbur qalırlar:
“Ölkəmizdə miqrant kimi gələn şəxslər İran və Əfqanıstandan olan şəxslərdir. Azərbaycan hökuməti müraciətləri yoxladıqdan sonra həmin şəxslərə qaçqın statusu verir. Artıq həmin şəxslərə yol sənədinin verilməsinə başlanıb. Həmin insanlar istənilən xarici ölkəyə səfər edə biləcəklər. Bu gün Azərbaycanda sığınacaq axtaran 1600-dən çox şəxs var. Onları Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı himayə edir. Bu şəxslər ölkə ərazisində rahat şəkildə hərəkət edə, yaşaya bilirlər”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz