BAKI, 3 fevral — Sputnik. Dünyanın ən bahalı qarşılaşması kimi tanınan Amerika Futbol Çempionatı "Super Bowl" ötən gün gerçəkləşib. Sputnik Azərbaycan xəbər verir ki, gecənin ulduz qonaqları isə Cennifer Lopez və Şakira olub.
Şakira qırmızı və qızılı rənglərdə, CeyLo isə qara dəri və gümüşü rəngdə olan libaslarla səhnədə möhtəşəm çıxış edib. Bir-birinin ardınca hit mahnılarını ifa edən müğənnilər səhnə şouları ilə gecəyə damğa vurublar.
Tədbirdə diqqət çəkən digər məqam isə CeyLonun qızı Emmi Munizin səhnədə "Let's get loud" mahnısını ifa etməsi olub.