Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 3 fevral — Sputnik. Elmi-Tədqiqat Ağciyər İnstitutunda ölüm hadisəsinin səbəbi açıqlanıb.
Sputnik Azərbaycan-ın sorğusuna Elmi-Tədqiqat Ağciyər İnstitutundan verilən məlumatda bildirilir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.
Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatmazlığı diaqnozu qoyublar. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.