CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagird sıxlığı problemini necə aradan qaldırmaq olar – ekspert şərhi

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, orta məktəblərdə şagird sıxlığı daha çox Bakının mərkəzi məktəblərində hiss olunur
Məlahət Mürşüdlü: “Şagirdlər yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdırlar”

“Bir sıra yaşayış məntəqələrində kifayət qədər yüksək şagird sıxlığı mövcuddur. Bu məsələ hər zaman bizim diqqət mərkəzimizdədir”. Bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfansında bildirib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, orta məktəblərdə şagird sıxlığı daha çox Bakının mərkəzi məktəblərində hiss olunur:

“Yaxşı ibtidai sinif müəllimi, qüvvətli fənn müəllimi axtarışında olan valideynlər Mərdəkan, Buzovna və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər. Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0