Gizli toy elədi, ərinə 12 gün dözdü

© AFP 2024 / Thomas SAMSONАмериканская актриса Памела Андерсон, фото из архива
Американская актриса Памела Андерсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Piters Pamelanın beşinci əridir. 2019-cu ilin yazında aktrisa musiqiçi Kid Rokdan boşanmasına "Borat" filminin səbəb olduğunu demişdi

BAKI, 2 fevral — Sputnik. Aktrisa və model Pamela Andersonla prodüser Con Piters evləndikdən 12 gün sonra ayrılıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "The Independent" yazır.

Bildirilir ki, cütlük nikahın qeydə alınması üçün sənəd təqdim etməyib və hazırda münasibətlərinə ara verib. Pamela bunu onunla izah edib ki, əri ilə bir-birindən və həyatdan nə istədiklərini müəyyənləşdirmək qərarına gəliblər.

​Aktrisanın gizli ailə qurması barədə yanvarın 21-də bəlli olub. Qapalı toy mərasimi Malibuda keçirilib. 80-ci illərin ortalarında görüşən məşhurlar bir neçə ay əvvəl yenidən birləşib, amma münasibətlərini gizlədiblər.

Piters Pamelanın beşinci əridir. 2019-cu ilin yazında aktrisa musiqiçi Kid Rokdan boşanmasına "Borat" filminin səbəb olduğunu demişdi. Onun sözlərinə görə, Roku özündən çıxaran ABŞ-a səyahətə yollanan filmin qəhrəmanı, qazaxıstanlı Borat Saqdiyevin (Saşa Baron Koen) Pamelanı oğurlamaq istədiyi səhnə olub.

Xəbər lenti
0