Koronavirus ciyərlərə belə nüfuz edir - FOTO

© REUTERS / SOE ZEYA TUNЛюди в медицинских масках
Люди в медицинских масках - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci şəkildə "tutqun şüşə" effekti yaradan tutqunluqlar nəzərə çarpır. Üç gün sonra çəkilmiş ikinci şəkildə görmək olar ki, zədələnmə sahəsi genişlənib

BAKI, 2 fevral — Sputnik. Tibb işçiləri koronavirusa yoluxan qadının ağciyərlərinin şəklini göstəriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, kadrları "Radiology" jurnalı dərc edib.

Çinin Lançjou şəhərində 39 dərəcə hərarətlə hospitala yerləşdirilən 33 yaşlı qadının ciyərləri kompüter tomoqrafiyası edilib.

Birinci şəkildə "tutqun şüşə" effekti yaradan tutqunluqlar nəzərə çarpır. Üç gün sonra çəkilmiş ikinci şəkildə görmək olar ki, zədələnmə sahəsi genişlənib.

© RadiologyKoronovirusa yoluxmuş ağ ciyərlərin görüntüsü
Koronavirus ciyərlərə belə nüfuz edir - FOTO - Sputnik Azərbaycan
Koronovirusa yoluxmuş ağ ciyərlərin görüntüsü

"Epidemioloji xarakteristikalar, kliniki simptomlar, döş qəfəsinin şəkilləri və laboratoriya məlumatları əsasında 2019 nСоV pnevmoniya diaqnozu qoyulub", - məqalədə yazılıb.

Son məlumatlara görə, Çində koronavirusa yoluxanların sayı 14380-ə, ölənlərin sayı 304-ə çatıb. 328 nəfər xəstəxanadan evə yazılıb. Çindən kənarda xəstələnənlərin sayı 100-dən çoxdur. Bu gün Çündən kənarda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Filippində 44 yaşlı Uhan sakini bu virusdan ölüb.

Xəbər lenti
0