"Əl Qaidə" Floridaya hücuma görə məsuliyyəti boynuna götürdü

© the-levant.com"Əl-Qaidə"nin Yəmən qolu
Əl-Qaidənin Yəmən qolu - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni xəbəri "Reuters" də təsdiqləyir, agentlik terrorçuların səs yazılarına istinad edir. Ancaq qeyd olunur ki, terrorçular heç bir sübut göstərmirlər

BAKI, 2 fevral — Sputnik. Yəməndə qərarlaşan "Ərəbistan yarımadasında Əl Qaidə" terror təşkilatı ötən ilin dekabrında Floridada (ABŞ) yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti boynuna götürüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ekstremistlərin aktivliyini monitorinq edən "SITE Intelligence Group" məlumat yayıb.

Eyni xəbəri "Reuters" də təsdiqləyir, agentlik terrorçuların səs yazılarına istinad edir. Ancaq qeyd olunur ki, terrorçular heç bir sübut göstərmirlər.

2019-cu ilin dekabrında Florida hərbi bazasında atışma zamanı 4 adam (o cümlədən atəş açan özü də) ölmüş, 8 nəfər yaralanmışdı. Hücum edənin hərbi bazada təlim keçən Səudiyyə Ərəbistanından olan hərbçi Muhammad Səid əl-Şəmrani olduğu bildirilmişdi. Bundan sonra Pentaqon Səudiyyə Ərəbistanından olan bütün hərbçilərin ABŞ-da operativ təlimlərinin qeyri-müəyyən vaxtadək dayandırıldığını bəyan etdi. Sonra əks-kəşfiyyat və təhlükəsizlik üzrə direktor Harri Rid bəyan etdi ki, bu ölkədən olan bütün kursantları yoxlayıb, amma "birbaşa təhdid" aşkar etməyib.

Xəbər lenti
0