Koronavirus dünya iqtisadiyyatını necə təhdid edir – ekspert şərhi

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Çin iqtisadiyyatının belə sürətlə qlobal ticarətdən izolyasiya olunması inkişaf tempinin aşağı düşməsinə səbəb ola bilər
Rəşad Həsənov: “Azərbaycanın gəlirlərində neqativ meyllər müşahidə edilə bilər”

“Neftin ucuzlaşmasının səbəbi koronavirusun yarada biləcəyi qlobal iqtisadi təsirlərdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

Ekspert bildirib ki, Çin enerji resursları bazarında tələb formalaşdıran əsas tərəflərdən biridir:

“İxraca fokuslanmış Çin iqtisadiyyatının belə sürətlə qlobal ticarətdən izolyasiya olunması inkişaf tempinin aşağı düşməsinə səbəb ola bilər. Bu da dünya bazarında əmtəə və xidmətlərə tələbləri aşağı salacaq, beləliklə neft və neft məhsullarının qiyməti ucuzlaşacaqdır. Bunun nəticəsində Azərbaycanın resursun ixracından əldə etdiyi gəlirlərdə neqativ meyllər müşahidə edilə bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0