Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngdən qaçmağın sadə yolu sübut olundu

© REUTERS / Essam Al SudaniРебенок болен раком, фото из архива
Ребенок болен раком, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Britaniyalı alimlər tədqiqatlar nəticəsində siqareti tərgitməyin bədənin ağciyər şişlərinə qarşı müdafiəsini gücləndirdiyini sübut ediblər.

BAKI, 1 fevral — Sputnik. Böyük Britaniyanın Senger İnstitutu və London Universitetinin kollecinin alimləri xərçəngdən qorunmağın sadə yolunu açıqlayıblar. Onlar siqareti tərgitməyin bədənin ağciyər şişlərinə qarşı müdafiəsini gücləndirdiyini sübut ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə EurekAlert-in press-relizində deyilir.

Женщина несет раствор для своей дочери, больной онкологией - Sputnik Azərbaycan
Bu əlamətləriniz varsa xərçəng ola bilərsiniz

Tədqiqatçılar siqaret çəkənlər, keçmişdə siqaret çəkənlər, heç vaxt siqaret çəkməyənlər və uşaqlar da daxil olmaqla 16 xəstənin ağciyər biopsiyasının nəticələrini təhlil ediblər. 632 fərdi hüceyrənin DNT-nin nukleotid ardıcıllığı yenidən qurulub və genetik fərqlər müəyyən edilib.

Hüceyrələr bədxassəli olmasa da, siqaret çəkməyənlərə nisbətən siqaret çəkənlərin 10 hüceyrəsindən 9-da 10 minə qədər əlavə mutasiya aşkarlanıb. Bu dəyişikliklər ağciyərin birbaşa tütün tüstüsündəki kimyəvi maddələrə məruz qalması nəticəsində baş verib. Zədələnmiş hüceyrələrin dörddə birindən çoxu xərçəngə səbəb olan ən azı bir mutasiyaya sahib olub. Bu, xərçəng riskinin siqaret çəkən insanlarda siqaret çəkməyənlərə nisbətən daha yüksək olduğunu izah edir.

Bununla birlikdə siqareti tərgidənlərin sağlam hüceyrələri siqaretə davam edənlərinkindən dörd qat daha çox olub. Bu, uzunmüddətli siqaretçəkmə təcrübəsindən sonra pis vərdişdən imtina etməyin mənasının olmadığı mifini təkzib edir. Bununla yanaşı, siqaret çəkmək emfizemə səbəb olan dərin və geri dönüşü olmayan zərər vura bilir.

Xəbər lenti
0