BAKI, 1 fevral — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Qırğızıstan da daxil olmaqla altı ölkənin vətəndaşlarının ABŞ-a gəlməsinin məhdudlaşdırılması ilə bağlı sərəncam imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.
Qərara əsasən, ABŞ Qırğızıstan, Nigeriya, Myanma və Eriteriya vətəndaşlarına immiqrasiya vizalarının verilişi dayandırılır, Sudan və Tanzaniya vətəndaşlarının "viza lotereyasında" iştirakı məhdudlaşdırılır.
Məhdudiyyətlər immiqrasiya səfərlərinə şamil olunur, ABŞ tərəfindən verilən turist və iş vizalarını əhatə etmir.