Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İstedadlı uşaqlar üçün möhtəşəm yarışmaya start verilir

© pixabay / PexelsМикрофон
Микрофон - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni-bəstəkar Murad Arif və "Eurovision" təmsilçimiz Çingiz Mustafayevdir. Yarışmaya seçimlər Bakı ilə yanaşı, regionlarda da aparılıb

BAKI, 1 fevral — Sputnik. "Səs uşaqlar" layihəsinin yayım tarixi bəlli olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, layihənin ilk yayım günü 26 yanvara planlaşdırılsa da, sonradan tarix dəyişib. Veriliş 7 fevral saat 21.30-da İTV-də ekrana gələcək. Bu haqda televiziyanın rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb. Artıq yarışmanın tanıtım çarxı da yayımlanıb.

Qeyd edək ki, layihənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni-bəstəkar Murad Arif və "Eurovision" təmsilçimiz Çingiz Mustafayevdir. Yarışmaya seçimlər Bakı ilə yanaşı, regionlarda da aparılıb. Ümumilikdə 500 uşaq içindən 70 uşaq seçilib. Hər bir münsif öz komandasına 15 nəfər cəlb edə biləcək.

Xatırladaq ki, İctimai televiziya "The Voice" layihəsinə lisenziyanı ötən ilin aprelində almışdı.

Xəbər lenti
0