SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Si Cinpinə başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время новогоднего обращения
Президент Ильхам Алиев во время новогоднего обращения - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: “Bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq”

BAKI, 1 fevral — Sputnik. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir.

Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.

Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq.

Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıram".

Xəbər lenti
0