SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çindən çıxarılan Azərbaycan vətəndaşları 2 həftə Türkiyədə qalacaqlar

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir.

BAKI, 1 fevral — Sputnik. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu ilin 1 fevral tarixində Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uhan şəhərindən təxliyə ediliblər”. 

Ситуация в связи с эпидемиологической обстановкой в Бразилии - Sputnik Azərbaycan
CƏMİYYƏT
Naxçıvan da hazırlığa başladı - Virus təhlükəsi hamını hərəkətə gətirib

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilib. 

Məlumatda qeyd edilib ki, təyyarənin bu gün axşam saatlarında Türkiyə ərazisinə enməsi gözlənilir: “Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü ifadə edirik. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir.

Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar. 

Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir və bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik”.

Xəbər lenti
0