CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aparılan mübarizə də heç bir nəticə vermir – Hər il ehtiyatlarımız bir az da azalır

© Sputnik / Alexey Suhorukov / Mediabanka keçidОсетр в садковой линии в рыбоводческом комплексе "Тамбовский осетр"
Осетр в садковой линии в рыбоводческом комплексе Тамбовский осетр - Sputnik Azərbaycan
Abunə olmaq
Nərə cinsli balıqların ehtiyatı son 15 ildə kəskin azaldığı üçün Xəzəryanı ölkələr 2011-ci ildən başlayaraq nərə cinsli balıqların ovlanması ilə bağlı monitorinq tətbiq edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. "Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya"nın İranda keçirilmiş növbəti sessiyasında da beş Xəzəryanı ölkə nərə balıq növlərinin kommersiya ovunun 2020-ci ildə də qadağan edilməsi vaxtının 1 il uzadılması barədə qərar qəbul etmişdilər.

Xırdalanda bərbad yollar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Orada yağış yağanda ələ tilov alıb, balıq tutmağa getmək olar

Qeyd edək ki, hər il keçirilən sessiyalarda nərə balıq növlərinin kommersiya ovuna tətbiq olunmuş moratorium hər dəfə bir il artırılır. Xəzəryanı ölkələrin növbəti sessiyasında isə birgə aparılan elmi tədqiqatlar əsasında bu moratoriumun müddətinin 5, yaxud 10 il uzadılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1953-cü ildə Mingəçevir su elektrik stansiyası və Kür çayı üzərində bəndin tikilməsindən sonra nərə balıqlarının, qızılbalığının və digər vətəgə əhəmiyyətli balıq növlərinin kürü tökmə yerlərinə keçməsinin qarşısı alınıb. Məhz elə buna görə də, dəyən zərərin ödənilməsi məqsədilə ötən əsrdə ölkədə balıqartırma zavodları tikilib.

"Bu zavodlardan ən böyüyü Neftçala rayonunda olan Xıllı Balıqartırma zavodudur. Onu da qeyd edim ki, nazirlik tərəfindən ötən il 342 min uzunburun və nərə körpə balıqları artırılaraq təbii mühitə buraxılıb. Burada məqsəd təbiətdə nərə balıqlarının təbii populyasiyasının qorunması və ehtiyatının bərpasını təmin etməkdir", – deyə M.Axundov bildirib.

İnstitutun direktoru əlavə edib ki, nərə balıqlarının kommersiya ovuna qoyulan qadağa müddəti uzadılmalıdır. Onun sözlərinə görə, artıq balıqartırma sahəsi özəl sektoru da maraqlandırır. Belə ki, artıq sahibkarlar da bu istiqamətdə güclərini artırırlar: "Nərə cinsli balıqların ətini, kürüsünü istehsal edən özəl şirkətlərin sayı ilbəil artır. Yaxın illərdə onların istehsalı da artacaq".

Qeyd edək ki, artıq nərə cinsli balıqların dənizdə, Kür çayında təbii mühitdə kommersiya ovuna da qadağa qoyulub. Belə ki, nərə cinsli balıqların ehtiyatı son 15 ildə kəskin azaldığı üçün Xəzəryanı ölkələr 2011-ci ildən başlayaraq nərə cinsli balıqların ovlanması ilə bağlı monitorinq tətbiq edirlər.

Balıq satışı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Balıq məhsulları ilə bağlı göstəriş var

"Məqsəd təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin tələbatına uyğunlaşdırmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir. Təəssüf ki, brakonyerlik hallarına hələ də rast gəlinir, körpə nərə balıqları tutulur, onsuz da nəsli kəsilməkdə olan bu balıqların tamamilə yox olmasına şərait yaranır. Brakonyerlərə səslənirik ki, faunamıza düşmən münasibət bəsləməsinlər, nərə balıqlarının ovlanmasına son qoysunlar", – Mehman Axundov qeyd edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, balıqçılıq sahəsində müəyyən çatışmazlıqlar var. Brakonyerlər tərəfindən hələ də qəddarcasına balıq ovlanması halları müşahidə olunur, körpə nərə balıqları tutulur, nəsli kəsilmək təhlükəsi olan balıqların yox olmasına şərait yaranır.

Onun sözlərinə görə, aparılan mübarizə tədbirləri, inzibati-hüquqi cəza vasitələri də bəzən istənilən nəticəni vermir. Belə ki, brakonyerlərin əksəriyyəti dəfələrlə cərimələnmiş şəxslərdir. Ona görə də ictimaiyyətin, dəstəyinə, qınağına ehtiyac var.

Xəbər lenti
0