CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəqliyyatda dezinfeksiya işlərinə başlanıldı – Virusa görə

© REUTERS / JEAN-PAUL PELISSIERСитуация в связи с эпидемиологической обстановкой в Франции
Ситуация в связи с эпидемиологической обстановкой в Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb

BAKI, 1 fevral — Sputnik. Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Dəhşətli virus can almaqda davam edir – ölənlərin sayı 250-ni keçdi

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.

BNA səlahiyyətlisi bildirib ki, bu çərçivədə "BakuBus" MMC-nin istehsalat bazasında avtobusların dezinfeksiyası təşkil olunur. Gündəlik təmizlik işləri ilə yanaşı, qanunvericilikdə göstərilən reqlamentlə avtobusların salonu dezinfeksiya olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərdə də bu məsələ açıq şəkildə əksini tapıb. İstinad olunan sənədə əsasən daşıyıcı sərnişin daşımalarına təqdim etdiyi avtobusların və taksi minik avtomobillərinin xarici və daxili hissələrinin təmiz olmasını, avtobusların salonunun ayda iki dəfə dezinfeksiya edilməsini təmin etməlidir. Səhiyyə orqanlarının tələbi olduqda (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq), dezinfeksiya işləri daha tez-tez həyata keçirilə bilər.

Xəbər lenti
0